Alman jurnalist Eva Quadbek Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planını” tənqid edib.
O, Ukrayna liderinin təşəbbüsü ilə bağlı fikirlərini “Redaktionsnetzwerk Deutschland” (RND) saytında dərc olunan məqaləsində bildirib.
“Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” təəssüf ki, reallıqdan uzaqdır”, – Quadbek yazıb.
Jurnalist qeyd edib ki, NATO üzvlüyünə yalnız hərbi əməliyyatlar aparmayan ölkəni dəvət edə bilər. Bundan əlavə, Quadbekin vurğuladığı kimi, Qərb ölkələri Rusiya pilotsuz təyyarələrinin vurulmasına razı olmayacaq.
“Beləliklə, “qələbə planının” həyata keçmə şansı azdır”, – deyə o, yekunlaşdırıb.