Zelenskidən ŞOK İDDİA: Bu ölkə Ukraynaya 12 minlik ORDU YERİDİR

0
34

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin KXDR-dən Rusiya tərəfində münaqişədə iştirak edəcək 6 min əsgərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatlara malik olduğunu bildirib.

Zelenskinin axşam müraciəti onun “Telegram” kanalında yayımlanıb.

“Şimali Koreyadan iki hərbi hissənin – bəlkə də hər biri altı min nəfərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatımız var”, – Zelenski deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı Ukrayna üçün çağırışdır, lakin Kiyev buna necə cavab verəcəyini bilir. Ukrayna lideri həmçinin respublikanın tərəfdaşlarını bu çağırışdan gizlənməməyə çağırıb.

Oktyabrın 8-də Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun bildirib ki, Şimali Koreya Rusiyanı dəstəkləmək üçün Ukraynaya nizami silahlı qüvvələrini göndərə bilər . Onun sözlərinə görə, Rusiya Federasiyası ilə KXDR arasında hərbi müttəfiqliyə bənzər qarşılıqlı saziş imzalandığı üçün hadisələrin belə inkişafı ehtimalı çox böyükdür.

Oktyabrın 22-də KXDR-in BMT-dəki missiyası öz ordusunun Rusiyaya mümkün göndərilməsi ilə bağlı məlumatları təkzib edərək, bu şayiələri əsassız adlandırıb. Diplomatların fikrincə, bu cür bəyanatlar Pxenyanı gözdən salmaq və iki suveren dövlət arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.