Zelenskidən HƏYƏCAN TƏBİLİ: “Rusiya növbəti eskalasiya üçün güc toplayır”

0
161

Rusiya növbəti eskalasiya üçün qüvvələr toplayır, dünya Rusiyanın təcavüzünü dayandırmalıdır”.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O qeyd edib ki, bu gün diplomatik marafonun yeni mərhələsi baş tutub – dörd Avropa lider ilə söhbət edib: Avropa Şurasının prezidenti, Belçikanın baş naziri, Estoniya prezidenti və İrlandiyanın baş naziri.

“Mən onlara döyüş meydanındakı vəziyyət barədə məlumat verdim – Donbassdakı çətin vəziyyət, Rusiyanın davamlı hücumları və Rusiyanın öz xalqını saymaması, yerlilərə aman verməməsi və heç bir cinayət əməlində dayanmaması haqqında”, – Zelenski bildirib.

O vurğulayıb ki, buna Ukraynanın tərəfdaşlardan ala biləcəyi müasir hərbi texnikanın yeni səviyyəsi cavab verməlidir. Eyni zamanda o vurğulayıb ki, indi yeni güclü qərarların, yeni güclü dəstəyin vaxtı çatıb.