Rusiya artıq Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəyə səfərə gələn Qvineya-Bisau Prezidenti Umaru Sissoko Embalo ilə birgə keçirdiyi brifinqdə açıqlama verib.
“Artıq 400-ə yaxın İran pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, – Ukrayna dövlət başçısı bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin İranın 273 ədəd “Şahed-136” kamikadze dronunu məhv etdiyi barədə məlumat verilib.