Zelenski: “Ukrayna iki mindən çox əsiri azad edib”

0
193

Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2000-dən çox insanı Rusiya əsirliyindən azad edib. Onların 140-ı mülki şəxslərdir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın baş naziri Kaya Kallas ilə keçirdiyi birgə brifinqdə məlumat verib.

“Bu müddət ərzində biz 2238 nəfəri əsirlikdən azad etmişik. Mərkəz (məhbusların axtarışı və azad edilməsi üzrə – red.) 24 saat 7 gün rejimində işləyir. Bu 2238 nəfərdən 140 nəfəri mülki şəxslərdir. Biz həm hərbçilər, həm də mülki şəxslərin azad edilməsi üzərində işləyirik”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, sonuncu dəfə Ukraynanın aprelin 16-da növbəti dəfə əsir mübadiləsi həyata keçirdiyi məlum olub. 130 müdafiəçi Rusiya əsirliyindən azad edilib.