Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.
Onun sözlərindən AFP sitat gətirib.
“Lütfən, hər hansı bir qərar qəbul etməzdən əvvəl, hər hansı danışıqları aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, – o deyib.
Zelenski əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin “ölkəyə nə etdiyini” başa düşəcək.
Aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika prezidenti əmin olduğunu bildirib ki, o, Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək.
Trampın sözlərinə görə, sülh danışıqlarının müzakirəsi prosesində müsbət impuls var.