Zelenski rəsmi olaraq Putinlə danışıqlardan imtina etdi

0
187

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Bu sənədə görə, Kiyev Vladimir Putinin prezidenti olduğu müddətdə Moskva ilə danışıqlar aparmağı qeyri-mümkün hesab edir.

Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə daxil olmaq ərizəsi ilə bağlı qərarı da təsdiqlənib.