Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

0
13

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də jurnalistlərə verdiyi açıqlamada müharibənin 2026-cı ilin iyun ayında başa çatacağına dair ümidlərin olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, Rusiyanın iqtisadiyyatında sanksiyaların təsiri dərin şəkildə hiss ediləcək və bu, büdcə kəsirlərinə səbəb olacaq:

“Lakin Moskvanın silah ehtiyatları barədə proqnoz vermək çətindir. “Ola bilər ki, Rusiya savaşmaq iqtidarında olsun, sadəcə büdcə vəsaitləri hərbi xərclərə yönəldiləcək”, – deyə o qeyd edib.

Ukrayna Prezidenti həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaların tətbiqində gecikməsinə toxunub. Belə ki, Donald Tramp hesab edirdi ki, Moskva müəyyən güzəştlərə gedəcək, əks halda sanksiyalar paketi artıq tətbiq olunardı. Hazırda isə Ağ Evdə Vladimir Putinin müharibəni dayandırmaq istəməsinə inam azalıb.