Zelenski Makronla danışmaqdan imtina etdi: Səbəbini açıqladı

0
14

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlər üçün brifinq keçirdiyi üçün Fransa prezidenti Emmanuel Makronla dərhal telefon danışığı apara bilməyib.

Bu barədə “RBC-Ukrayna” nəşri məlumat yayıb.

Onlayn konfrans zamanı Zelenskiyə Makrondan zəng gəlib. Ukrayna lideri telefonu qaldırıb, hazırda mətbuata danışdığını izah edib və 15-20 dəqiqədən sonra yenidən zəng edəcəyinə söz verib.

Brifinqdən sonra Zelenski jurnalistlərə fransız həmkarından zəng aldığını təsdiqləyib. O, Makronla orta hesabla gündə bir dəfə telefonla danışdıqlarını da qeyd edib.