Zelenski koronavirusa yoluxmaq istəyib…

0
352

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları koronavirusa inandırmaq üçün xəstəliyə yoluxaraq özünü təcrid etmək istədiyini açıqlayıb. Zelenski bu barədə “Ukrainskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

“Mən özüm bu mərhələni keçmək istədim ki, insanlara rahat olsun”,- deyə Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, o, bu barədə ilk dəfə tərəfdaşlarına söyləyib. “Onlara dedim ki, gəlin mən xəstələnim, məni dərhal Bankovada təcrid edin. Mən bunu normal keçirəcəyəm. Onda insanlar koronavirusun qorxulu olduğunu, ancaq vəba olmadığını başa düşəcəklər. Depressiya olmamalıdır. Çünki ilk vaxtlar çox qorxulu idi, insanlar düşünürdülər ki, hamımız öləcəyik”,- deyə Zelenski vurğulayıb.

Daha sonra isə Ukrayna dövlət başçısı ailəsinin bu addımı ona bağışlamayacağını bildirərək, bu fikirdən daşındığını qeyd edib. “Mənim dəli olduğumu deyərdilər. Haqlı da olardılar”,- deyə o, sözlərinə əlavə edib.