Ukrayna prezidenti Vladimir Zelenski respublikanın eyni vaxtda üç ölkə – Rusiya, İran və Şimali Koreya ilə müharibə apardığını bildirib.
Bu barədə Ukrayna lideri Ali Radada çıxışı zamanı qeyd edib.
“Ukrayna üç ölkə ilə – Rusiya, İran və Şimali Koreya ilə müharibədədir”, – deyən Zelenski “qələbə planını” təqdim edib.
Bildirilir ki, Ukrayna üçün “qələbə planı”a Kiyevin NATO-ya dəvət edilməsi, Rusiyanın qeyri-nüvə qarşısının alınması, Avropa İttifaqı və ABŞ ilə uran, titan, litiumun hasilatı, investisiyalar haqqında xüsusi sazişin imzalanması kimi bəndlər daxildir.
Bundan əlavə, o, “qələbə planında” ərazilərin Rusiyaya verilməsini və münaqişənin dondurulmasını istisna edib.