Zelenski G7 sammitində şəxsən qatılacaq?

0
132

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində şəxsən qatıla bilər.

Bu barədə Ukrayna Prezident Ofisinin rəis müavini İqor Jovkva bildirib. 

O qeyd edib ki, Zelenskinin Yaponiyaya mümkün səfəri ilə bağlı qərar hərbi vəziyyətdən asılı olaraq veriləcək.

Qeyd edək ki, G7 sammiti 19-21 may tarixlərində baş tutacaq. ABŞ Prezidenti Co Bayden artıq tədbirə gəlib.