Dünəndən internetdə Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana gələcəyi ilə bağlı məlumatlar yayılır.
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi bu gün “Hraparak”ın əməkdaşı ilə söhbətində xəbəri nə təsdiq, nə də təkzib edib.
Politoloq Stepan Danielyanın fikrincə, Zelenskinin səfəri ilə bağlı xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib.
“İlk növbədə, Zelenskinin səfəri ilə bağlı məlumatın yayılmasının məntiqini başa düşməliyik. Həmin bəyanatlar Paşinyanın Paris səfərindən sonra səslənib. Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisə, Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamalar eyni vaxtda baş verdi.
Paralel olaraq qeyd edək ki, Paşinyan KTMT ilə münasibətləri dondurduğunu açıqlayıb. Təbii ki, hüquqi baxımdan belə bir ifadə yoxdur. Həmin bəyanat manipulyasiyadır, lakin manipulyasiyanın mənası belə idi: biz KTMT-dən çıxmırıq, amma Qərb üçün bəyanatlar veririk”, – Danielyan bildirib.
Bütün bunlara Rusiya hansı reaksiya verə bilər?
Politoloq vurğulayıb ki, bu Rusiya çox çətin vəziyyətdədir:
“Əgər Rusiya İrəvanın KTMT-dən çıxmaq bəyanatına reaksiya verirsə, o aman cavab verməlidir ki, Azərbaycan Ermənistana hücum edərsə, o zaman Rusiya və ya KTMT razılaşmalara uyğun olaraq hər hansı addımı atmağa hazırdır, ya yox. Rusiya Federasiyasının bununla bağlı addım atmadığını görürük. Amma burada başqa bir sual ortaya çıxır: Ermənistan Rusiyanı müttəfiq hesab edirsə və bu müttəfiqdən gözləntiləri varsa, müttəfiqi ilə müharibə aparan ölkənin liderini necə qəbul edir? Rusiya Əliyevlə sıx əməkdaşlıq edir. Burada güzgü prosesləri gedir”.
Nikol Paşinyan nə baş verdiyini dərk etmir, yoxsa Qərbin göstərişlərinə əməl edir?
“Bu, Qərbdən sifariş edilən bir aksiyadır, lakin həmin şəxsə, Nikol Paşinyana baxsaq, o, Ermənistanın bütün siyasətini alt-üst edib. Onun hərəkətləri nəticəsində Ermənistan çətin vəziyyətə düşüb. Onun əməlləri nəticəsində minlərlə itki verdik. Bundan sonra onun əməllərindən danışmaq belə mənasızdır”, – politoloq vurğulayıb.