Rusiya və ABŞ artıq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair razılığa gəliblər. Kiyevdən tələb olunan yalnız müəyyən sənədlərdə imzalamaqdır.
Bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski “Telegram” kanalında deyib.
“Onlar bunu saat mexanizmi kimi oynayırlar: faydalı qazıntılar üzrə saziş – Zaporojye AES – barışıq. Bizim fikrimiz burada qətiyyən nəzərə alınmır. Onlar bizdən imza və ratifikasiya tələb edirlər, vəssalam”, – siyasətçi yazıb.
O, həmçinin Ukrayna lideri Vladimir Zelenskinin tezliklə istefa verəcəyini iddia edib. Onun fikrincə, bu, sülh sazişinə ilk imzaların atılmasından 30 gün sonra baş verəcək. Dubinski hesab edir ki, bu, ABŞ və Rusiyanın şərtlərindən biridir.