Zaxarova: “NATO Ukraynada Rusiyanı məğlub etməyi qarşısına məqsəd qoyub”

0
143

Şimali Atlantika Alyansının Ukraynanın gələcəkdə təşkilata qoşulması ilə bağlı bəyanatları uzaqgörən deyil və açıq şəkildə təhlükəlidir.

Bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə səfəri ilə bağlı yaydığı şərhdə deyilir.

“NATO Ukraynada Rusiyanı məğlub etməyi qarşısına məqsəd qoyur və Kiyevi motivasiya etmək üçün münaqişə başa çatdıqdan sonra ölkənin alyansa qəbul oluna biləcəyini vəd edir. Bu cür bəyanatlar uzaqgörənlikdən kənardır və sadəcə olaraq təhlükəlidir. Bu, Avropa təhlükəsizlik sisteminin yekun iflasına gətirib çıxara bilər”, – Zaxarova bildirib.

Xatırladaq ki, cümə axşamı Stoltenberq Kiyevə elan olunmamış səfərə gəlib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.