Zaxarova Makrona elə bir ad qoydu ki…

0
33

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronu “D’Artanyan” adlandırıb.

O, özünün “Telegram” kanalında yazıb: “Fransa prezidenti vurğulayıb ki, Aİ ölkələrinin “hər kəs özü üçün” prinsipi ilə fəaliyyətə başlamasına yol verilə bilməz. D’Artanyan”.

Xatırladaq ki, Fransa lideri Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsinə cavab olaraq Aİ ölkələrini birləşməyə və vahid strategiya hazırlamağa çağırıb.