Zaxarova: “Aİ missiyasının mandatını uzatmaq istəyi Ermənistan və Azərbaycanla mütəmadi müzakirə olunur”

0
192

“Moskva Brüsselin İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə istənilən yolla nüfuz etmək istəyindən xəbərdardır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının mandatının uzadılması haqqında məsələyə münasibət bildirirkən söyləyib.

Rusiyalı diplomat vurğulayıb ki, Aİ missiyasının mandatını uzatmaq istəyi Qərbin yer üzündə varlığını sübut etməsi üçün lazımdır.

“Moskva hadisələri qabaqlamayacaq və iki ölkənin sərhədində Avropa missiyasının mandatının uzadılması imkanını şərh etməyəcək, lakin bu mövzu Ermənistan və Azərbaycanla mütəmadi olaraq müzakirə olunur”, – deyə Mariya Zaxarova vurğulayıb.