Zaxarova açıqladı – Qarabağda 1684 hərbçi…

0
420

Qarabağda münaqişə tərəfləri 13 noyabrdan bu yana 1684 hərbçinin cəsədlərini dəyişdirib. Onlardan 1374 nəfəri Ermənistana məxsusdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Nazirlik rəsmisi bildirib ki, məhkumların mübadiləsi və axtarış-xilasetmə işləri sülhməramlıların səlahiyyətindədir. Qarabağda axtarış-xilasetmə işlərinin dayandırılmasına gəlincə, Zaxarova sülhməramlıların vəziyyəti daha yaxşı bildiyini qeyd edib: “Axtarış və xilasetmə işlərində və əsir mübadiləsində Ermənistan və Azərbaycan tərəflərinə sülhməramlılar birbaşa kömək edirlər. Həmkarlarıma müraciət edə, məlumatları dəqiqləşdirə bilərəm. Ancaq hər halda, bu, onların məsuliyyət və səriştə sahəsidir”.