Zavodda PARTLAYIŞ olub – TƏBİB-dən açıqlama

0
110

Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

Publika.az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:47 radələrində Xətai rayonunda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda qaz balonunun partlaması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

“Çağırış üzrə hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub”, – deyə qeyd edilib.