
“Bu il icbari tibbi sığorta sisteminin tətbiq edildiyi ərazilərdə fəaliyyət göstərən xəstəxanaların təchizatı artılacaq”.
Bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazidəki xəstəxanaların təchizatı zamanı dərman vasitələrinin çeşid sayı artırılacaq.
“Bu məsələdə ilbəil artım müşahidə olunacaq. Belə ki, 2020-ci il üzrə dərman vasitələrinin çeşid sayı 2019-cu illə müqayisədə artırılıb. 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə qaldırılıb”.