Zaqatalada xəzinə tapılması barədə Gürcüstanın yaydığı məlumat reallıqdan uzaqdır.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, arxeoloq Nəcəf Müseyibli deyib.
O bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Gürcüstanın iddia etdiyi ərazidə heç bir arxeoloji qazıntı aparmayıb:
“Biz bu informasiyanı mətbuatdan əldə etdik. Sözügedən əraziyə yaxın vaxtlarda institutumuz tərəfindən heç bir ekspedisiya göndərilməyib və heç bir arxeoloji qazıntı aparılmayıb.
Bundan başqa, sərhədlər daxilində baş verən bütün proseslər Azərbaycana aiddir. Bunun heç bir qonşu ölkəyə, o cümlədən Gürcüstana aidiyyəti yoxdur.
Nəcəf Museyibli həm də qeyd edib ki, Gürcüstanın və digər ölkələrin ayrı-ayrı tarixi şəxsiyyətlərinin xəzinəsinin Azərbaycanda olması barədə səsləndirilən iddialar öz təsdiqini tapmayıb:
“Tarixdə bir çox şəxsiyyətlər barədə bu cür şayiələr yayılıb. Guya onların xəzinələri Azərbaycan və ya Qafqazın digər hissələrində basdırılıb. Bunlar isə uydurma məlumatlardır və elmdə heç biri öz təsdiqini tapmayıb”.