Zaqatalada 171 nəfər könüllü qan verib

0
684

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, iyulun 16-da Zaqatalada təşkil edilən növbəti qanvermə aksiyasında 171 nəfər könüllü qan verib.

Rayon mərkəzi xəstəxanasından  bölgə müxbirinə bildiriblər ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Aksiyada rayon polis şöbəsinin əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin mərkəzi xəstəxananın həkim və tibb işçiləri fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.