
Müğənni Zamiq Hüseynov növbəti dəfə “akustik” layihəyə imza atıb.
İfaçı mərhələli şəkildə reallaşdıracağı işində ilk olaraq “необыкновенные глаза”, (qeyri-adi gözlər) mahnısını sevənlərinin ixtiyarına verib.
Ondan çox mahnının təqdimatı yutubda təqdim olunacaq. Onu da qeyd edək ki, Zamiq 3 il əvvəl də oxşar layihə ilə yadda qalmışdı.