Zaman Ermənistanın əleyhinə işləyir – VİDEO

0
162

Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək, Qarabağda yaşayan erməni sakinlərin nümayəndlərini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət edib.

Azərbaycan öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ iqtisadi zonasının erməni sakinləri ilə bir başa təmaslar qurmağa çalışır.

Lakin, erməni tərəfi öz ənənəsinə sadiq qalaraq Rəsmi Bakının ikinci təklifini də cavabsız qoyub.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: