Zakir Qaralovun səlahiyyət müddəti bitir

0
606

Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatır.

Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.

Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.

Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.