Zakir Həsənovdan Şoyquya mühüm zəng

0
882

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı baş tutub. Məlumata görə, görüş Bakının təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı qarşılıqlı münasibətlər və hərbi əməkdaşlığa dair fərqli məsələlər müzakirə edilib.

Şoyqu Həsənovu Rusiyada başlayan döyüş hazırlığının yoxlanılması barədə məlumatlandırıb. O, bu yoxlamaların Azərbaycan-Ermənistan sərhədindəki situasiya ilə bağlı olmadığını söyləyib.