Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.