Zakir Həsənov Türkiyəyə getdi

0
358

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.