Zakir Həsənov: Rusiya ərazi bütövlüyümüzü tanıyır!

0
710

Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil, bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşündə deyib.

Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi, Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.