
İran İslam Respublikasında rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının bu ölkədəki səfirliyini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.