“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan çox ciddi məsələlərə toxundu”.
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün şəhidlərimiz anılır:
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət etdi. Mən də Ordunun bütün şəxsi heyəti ilə həmin müraciəti izlədim, dinlədim”.