
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycan və Rusiya səfərləri təxirə salınıb.
Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin bu həftə büdcə iclaslarının keçirilməsi ilə əlaqədar növbədənkənar proqramı ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, – İran XİN-in Mətbuat xidməti Xətibzadənin sözlərini sitat gətirir.