Zərif Bakıdan səsləndi: ABŞ-ı buna məcbur edək

0
551

İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı bildirib.
Zərif ABŞ-ın yürütdüyü iqtisadi müharibə, iqtisadi terrorizmin sadə iranlılara qarşı yönəldiyini deyib:
“Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.