Zərdabi məktəbinin yetkin yetirməsi

0
105

“Şamaxı” deyiləndə gözlərim önünə daim narahat torpaq, sanki dağların
sinəsinə sərilmiş, yaz Günəşinin qurutduğu ağ köynək və işıqlı çöhrələr gəlir.
O yer mənim üçün daha çox tariximizi yaşadan qədim şəhər, mədəniyyət, söz
beşiyi olmaqdan başqa, gəncliyimin ən qaynar illərini qoyub gəldiyim ünvan,
köhnə dostlarımın və yuxularımın qərar tutduğu bir məkandır. O şəhərin əyriköndələn küçələrini qışın qarlı, yazın ürək rahatlayan, yayın qaynar çağlarında,
payızın isə dumanlı-çiskinli günlərində gəzib-dolaşmışam.
Şamaxı, mənim nəzərimdə nağıla bənzəyir. Hər küçəsində, hər dalanında neçə-neçə
sirr yatır. (Eyni zamanda, o şəhərdə ömrü nağıllaşmış yüzlərlə görkəmli insanın ruhu yaşayır.
Şamaxı həm də həmişəcavan şəhərdi.
Çoxsaylı təbii fəlakətlər, müharibələr bu
şəhəri dəfələrlə yerlə-yeksan etsə də, yenidən
torpaqdan boy verib, ev-ev, küçə-küçə tikilib,
ucalıb…
2 şəhərdə neçə ünvan var ki, adı qəlbimə
həmişəlik yazılıb. İllər əvvəl qoyub gəldiyim şəhərdə çox şey dəyişib. Amma mənim
ürəyimdə otuz il əvvəlki Şamaxı yaşayır
qayğılı-qayğısız insanları, qədim Gülüstan
qalasının məhəllələri, daim Günəşə boylanan
üzümlükləri, dağlardan aranadək uzandıqca
uzanan yolları və sair. Qəlbimdə səsi, sözü
yaşayan insanların bir neçəsini bu şəhər tanıdıb, dost edib mənə. Buna görə də bəzən bir
anlığa gəncliyimin şəhəri o məkana dönür,
o insanları xatırlayır, onlarla hal-əhval tutur,
dərdləşirəm. Belə insanlardan biri Məzahirdi.
doxlarının istedadlı Jurnalist, bacarıqlı media
kapitanı, müəllim, futbol bilicisi və təşkilatçısı kimi tanıdığı Məzahir Süleymanzadə.
Onunla ilk dəfə harada görüşdüyümü
dəqiq xatırlaya bilmirəm. Hərdən mənə elə
gəlir ki, Məzahirlə eyni küçədə böyümüş,
qayğısız uşaqlıq illərini birgə yaşamış, parta
arxasında yanaşı oturmuşuq. Əslində, biz o
çağların heç bir gününü də birgə olmamışıq.
Bəs, onda niyə mən Məzahiri özümə dost,
simsar sayıram” Çünki Məzahir saf, halal
adamdı, xeyirxahdı, insanlara qarşı təmənnasızdı.
Məzahir Jurnalistika fakültəsinə biz üçüncü kursda oxuyanda qəbul olunmuşdu. Amma
bu vaxtadək onun rayon və respublika qəzetlərində çox sayda yazıları dərc olunmuşdu.
Əsgəri xidmətdə olarkən hərbi qəzetlərə də
müxbirlik etmişdi. Birinci kursda ikən qəzetlərlə, televiziyanın ənclik Baş redaksiyası ilə ardıcıl əlaqə saxlayır, “Tələbə klubu”na aparıcılıq edirdi. Məzahirin rəssamlıq qabiliyyəti də var idi. Jakültədə müxtəlif divar qəzetləri buraxılırdı. Həmin qəzetlərin çoxu həm yazılarının keyfiyyətinə, həm də tərtibatına görə aşağı səviyyədə idi. Bunu çoxları Məzahirin hazırladığı ”Gənc Jurnalist” qəzetini oxuduqdan
sonra başa düşdü… Bütün bunlar Məzahirin
jurnalistikaya gəlişinin təsadüfi olmadığını
sübutlayırdı.
Təyanatla məni Şamaxıya göndərdilər və
mən oraya həvəslə getdim. Arabir Məzahir redaksiyamıza gəlir və hər gəlişində də Bakıda
və İttifaqın müxtəlif yerlərində yaşayan tanınmış şamaxılılar haqqında yazılar gətirirdi.
Onun bu səpgili yazıları maraqla oxunurdu.
Bir gün iş otağıma bir oğlan gəldi və dedi
ki, yumor və karikatura gətirmişəm, lazım bilsəniz istifadə edərsiz. Alıb baxdım, bir neçəsi
xoşuma gəldi. Oğlan gedəndən sonra “uğurlu
yol” yazıb, mətbəəyə göndərdim. Bir müddətdən sonra Məzahir redaksiyamıza gəlmişdi.
Sözarası dedi ki, Mahirin karikaturalarını çap
etmisiz, amma çox tərifləmisən… Başa düşdüm ki, Mahir Məzahirin qardaşı imiş. Mahir
Süleymanov indi tanınmış Jurnalistdi.
Məzahirin Jurnalistlik fəaliyyəti, mətbuatımızdakı xidmətləri barədə geniş danışmağa,
təriFi sözlərə ehtiyac duymuram.
2, ölkə mətbuatının FRaqmanı olan “Xalq
qəzeti”ndə uzun illər müxbir, məsul katibin
müavini və redaktor müavini işləyib, yazıları
ilə gözəl qələm sahibi, təşkilatçılığı ilə təcrübəli media kapitanı olduğunu sübut edib. Onu
da qeyd edim ki, Məzahir Süleymanzadənin
baş redaktoru olduğu “Səhər” qəzeti mətbuat
tariximizdə öz yolu və nəfəsi olan nəşr kimi
yaşayacaq. “Səhər” bir də ona görə qiymətlidir ki, adına layiq Jurnalist dəstəsi yetişdirdi
və bir çox mətbuat orqanı üçün yaxşı təcrübə
məktəbi oldu.
Məzahir Süleymanzadə bir neçə il Bakı
Futbol Federasiyasının vitse-prezidenti oldu.
Futbolumuzun yüksəlişi naminə yaddaqalan
layihələr həyata keçirdi. Bu layihələrdən biri
“Sabahın ulduzları” adlanırdı. Həmin layihə
uşaq futbolunun inkişafına və istedadlı idmançıların üzə çıxarılmasına kömək edirdi. Onu da deyim ki, bu layihəyə uzun illər
redaktoru olduğum “Tumurcuq” qəzeti də
dəstək verirdi. Qəzet ən məhsuldar hücumçu
üçün mükafat təsis etmişdi. “Qarabağ” klubunun yeniyetmə futbolçuları çempion olanda
medalların təqdim edilməsi “Tumurcuğ”un
redaksiyasında keçirildi. “Çempion” idman
qəzeti isə yarışların gedişini ardıcıl işıqlandırırdı.
Məzahirin layiq olduğu fəxri adları və
mükafatları sadalasaq uzun siyahı alınar.
Bunlar onun halal haqqıdır. Bunu da deyim
ki, məncə, Məzahir digər hansı peşə və sənəti
seçsəydi, yenə əsl sənətkar kimi şöhrət qazanardı.
M.Süleymanzadənin ona yaxın kitabı nəşr
olunub “Güllələnmiş Səhər”, “İzim qalmasa
da sözüm qalacaq”, “Ocaq başında” şeirlər ,
“Jurnalist ömrünün naxışları”, “ Yanvar
dialoqu” və sair. Bu kitablar toplum halında
onun ömrünün parçalarıdır. “Jurnalist ömrünün naxışları” kitabında özünün çox sevdiyi
bir şeiri var. Yazır

Yenə yol gedirəm taraqqataraq,

Mindiyim qatarın sürəti bəlli.

Mən gah yeriyərək, gah da qaçaraq,

Ömür yaşamadım heç düz-əməlli.

Bəli, Jurnalist ömrü belədi. Yazdıqları
ürəklərə işıq salsa da, ömrü-günü yazılarında əriyib gedir. Məzahir Süleymanzadə də
daim narahat və qayğılı Jurnalist ömrü yaşadı.
Onun izi də, sözü də mətbuatımızın tarixində
yaşayacaq. Ruhu şad olsun!

SƏMƏD MƏLİKZADƏ