Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməyib, amma müəyyən həbslər baş verib.
Bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov deyib.
O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:
“Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini icra başçısı Mərdan Camalzadə 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb”.