
Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.