Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu üçüncü yaşayış kompleksindəki üç, dörd və beşmərtəbəli çoxmənzilli binalar səkkiz blokdan və 192 mənzildən, dördüncü yaşayış kompleksindəki çoxmənzilli binalar isə 131 mənzildən ibarət olacaq.
Bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.
“Yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib. Hər iki yaşayış kompleksinin ümumi sahəsi iki hektardır”, – deyə o qeyd edib.