Zəngəzurla bağlı gizli razılaşma – Ermənilər niyə qorxuya düşüb?

0
201

Azərbaycanın Zəngəzur dəhlizini arxa plana keçirməsinə baxmayaraq, Ermənistanda bu layihə ilə bağlı qorxular davam edir.

Ermənistan parlamentində Serj Sarkisyanın partiyasından deputat olan Tiqran Abramyan Azərbaycanın Zəngəzur dəhlizi üçün fürsət gözlədiyini iddia edib.

“Azərbaycan Zəngəzur dəhlizi mövzusunu gündəmdən çıxarsa da, əslində daim diqqət mərkəzindədir. Fikrimcə, sadəcə dəhliz terminindən imtina edilib, lakin dəhliz mahiyyəti qalır. İstisna etmirəm ki, Ermənistan hakimiyyəti ilə gizli razılaşma var və Paşinyan hakimiyyətinə qarşı daxildə etirazları alovlandırmamq üçün “dəhliz” ifadəsini arxa plana keçiriblər, əvəzində Ermənistan ərazisindən keçəcək yolla (Zəngəzurdan keçən yol-red) bağlı planları qalır, başqa formada dəhlizin əldə edilməsi işləri aparılır”, – Abramyan iddia edib.