“Paşinyan 2026-cı il seçkilərinə hazırlaşır. Xarici oyunçular – Avropa, Rusiya və Türkiyə razılığa gəlib ki, 2026-cı ilə qədər Paşinyan hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq, müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir”.
Bu barədə erməni ekspert Armine Adibekyan deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Əliyevin dediklərini təkrarlayır.
“Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Əliyev deyir ki, Göyçəni qaytar, Paşinyan bir azdan bunu dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir”, – o iddia edib.