Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsində nəzarət məsələsi müzakirə edilmir. Dəmir yolu sərhəd və gömrük qaydaları ilə fəaliyyət göstərəcək.
Bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
O bildirib ki, Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür.Onun sözlərinə görə, tikinti işləri ilə bağlı konkret vaxt demək mümkün deyil, ancaq hər iki tərəf ən qısa müddətdə sazişi razılaşdırıb, dərhal işə başlamaq ovqatındadır.