Zəngəzur dəhlizinə kim nəzarət edəcək? – Səfəryan detalları açıqladı

0
127

“Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq özəl şirkətə həvalə edilməsi ilə bağlı hələlik əlavə məlumat yoxdur”.

Bunu Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

“Nəzarət Ermənistan tərəfində beynəlxalq şirkətə həvalə olunubsa, güman edilir ki, Azərbaycan tərəfində də həmin şirkət nəzarəti həyata keçirməlidir. Hələlik yalnız onun mümkünlüyü müzakirə olunub. Əlavə məlumat yoxdur, onun təfərrüatları hələ müzakirə olunmayıb və bununla bağlı dəqiq razılaşma yoxdur”, – deyə o bildirib.