Zəngəzur dəhlizi Azərbaycana böyük fayda gətirəcək VİDEO

0
385

Zəngəzur dəhlizinin açılması Azərbaycan ərazisindən keçməklə daşınan beynəlxalq yüklərin həcmini artıracaq”.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli  “Azərbaycanın logistika imkanları: Real vəziyyət və perspektivlər” mövzusunda media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Əlavə edib ki, bu dəhliz xüsusilə Azərbaycana böyük fayda gətirəcək.

Xudayar Həsənli qeyd edib ki, Zəngəzur dəhlizinin açılması logistika şirkətlərinə əlavə imkanlar yaradacaq. Böyük şirkətlər Zəngəzur dəhlizindən istifadə etməklə vaxta və pula qənaət edə biləcəklər.

Təlim çərçivəsində jurnalistlərə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iş prinsipləri barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, liman vasitəsilə daşınan yüklərin həcmi bu il də artıb. Cari ildə bu rəqəmin 5.3 milyon tonu keçəcəyi hədəflənir. Müasir standartlara cavab verən limanın bütün növ ağır yüklərin daşınması üçün terminalları var.

O da bildirilib ki, bu il Bakı-Tiblisi-Qars dəmiryolu xəttilə indiyədək 43 minədək konteyner daşınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: