Zəlzələdən sonra Türkiyəyə qarşı işğal planı işə salındı – ŞOK DETALLAR

0
184

Türkiyə bütün diqqətini zəlzələnin fəsadlarını aradan qaldırmağa yönəltdiyi vaxt əlavə təhdidlərlə də üzləşir. Bu təhdidləri daxildə və xaricdə olmaqla iki istiqamətdə qiymətləndirmək olar. Müxalifət zəlzələdən maksimum siyasi məqsədlər üçün istifadə edir, hətta dezinformasiyalar üzərindən kampaniya aparır. Lakin Türkiyəyə qarşı xaricdən də təhdidlər yaradılır.

Türkiyəli siyasi yazar Hasan Öztürk mümkün təhdidləri və zəlzələ üzərindən oynanılan oyunları qələmə alıb.

H.Öztürk yazır ki, Hatayda dağıntılar altında xilasetmə işləri aparılarkən, bölgədə olan dostlarından biri ona “Hatay da daxil olmaqla işğala hazırlıq gedir” deyə mesaj göndərib.

“Bu mesajın açması belə idi ki, bir qrup “dövlət işləmir, iflas etdi” rəyini formalaşdırır, yalan məlumatlarla dövlətin gücününün qalmadığını, oğurluq, talan və xaosun baş alıb getdiyi kampaniyasını aparır. Yardımların ünvanına çatdırılmadığı, xüsusilə AFAD-ın heç nə etmədiyi yalanları sosial medianı bürüyüb. Bütün bunların bir məqsədi var, dostumun göndərdiyi mesaj da bununla bağlı idi. “Dövlət çökübsə, xarici müdaxilə lazımdır” fikrini formalaşdırmaq istəyirlər”, – o yazıb.

K.Öztürk qeyd edir ki, Suriyada Qərbin təsirində olan qrupları Türkiyəyə daxil etmək planı istisna deyil: “Bəziləri “Suriyadan miqrantlar axın-axın gəlir” yalanını ortaya atdı, bəziləri sərhəddə beton blokların çökdüyünü, silahlı qrupların Türkiyəyə keçdiyini iddia etdi. Bəziləri də PKK/YPG-nin nəzarət etdiyi bölgələrdə sərhəd qapısının açıldığı yalanını dövriyyəyə buraxdı. Bu informasiyaların dövriyyəyə buraxılması təsadüfi deyil. 15 iyul dövlət çevrilişinə cəhddən öncə də “Kazarmalarda çiçəklər açacaq” deyə kampaniya aparılırdı”.

K.Öztürk bu təhlükələrə qarşı tədbirlər görülməsinin vacibliyini bildirib.