Zəlzələdən sonra Antalyada turistlərə xəbərdarlıq: Buradan uzaq durun

0
220

Türkiyədə qeydə alınan zəlzələ Antalyadan da yan ötüşməyib.

Bu barədə bölgədə olan əcnəbi turistlər tərəfindən bildirilib.

Antalya və Mersin vilayətinin səlahiyyətliləri suyun səviyyəsinin qalxması riski ilə bağlı turistləri sahil zonasına yaxınlaşmamağa çağırıblar.

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.