
Zəlzələ zamanı fabrikdəki bütün işçilər qaçıb, ancaq Nurettin Ünal iş yerini tərk etməyib.
Görüntülər təhlükəsizlik kamerasında da əks olunub. Ünal zəlzələ zamanı silkələnən qurğunu tutaraq işinə davam edib.
Fabrikin rəhbəri Ali Bakay bu hərəkətinə görə, öz işçisinə əlavə maaş yazıb:
“Əslində bunun düzgün davranış olmadığını bilirik. Buna baxmayaraq onun bu addımını qiymətləndirməyə bilməzdik”.