Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb.
25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib.
Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır.
Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir.
V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib.
Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.