Zəfər tamamlandı: Əliyev bayrağımızı Xankəndidə dalğalandırır

0
168

Qarabağdakı separatçı rejim bu gün “rəsmi olaraq” özünü buraxdı və 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın 250 illik məğlubiyyət tarixinin dəyişdirən, bölgədə tamamilə yeni reallıqlar yaradan Vətən müharibəsində əldə etdiyimiz Zəfər tamamlandı.

2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannamə münaqişəyə son qoymuş, lakin ermənilərin yaşadığı ərazilərdə suverenliyimizi tam bərpa etməmişdi. Bu ərazilərə Rusiya sülhməramlıları nəzarət etsə də, qondarma rejim mövcudluğunu saxlayır və suverenliyimizə təhdid yaradırdı. Azərbaycan ictimai rəyində haqlı etirazlar var idi, lakin ən pisi torpaqları azad edən, Şuşaya bayraq sancan Əliyevin opponentləri, daha doğrusu ona opponent olmağa iddia edənlər bu situasiya üzərindən siyasi manipulyasiya edir, əldə edilən Zəfəri kölgələməyə çalışırdı.

“Xankəndi nə oldu bəs”, “Xocalıya niyə girmədik”, “Ağdərə, Xocavənd işğalda qaldı”, “torpaqlarımız Rusiyaya verildi” kimi iddialar irəli sürülür və siyasi fürsətçillər bundan qələbəninin gözdən salınması üçün istifadə etməyə çalışırdılar. Onlar üçün məsələ torpaqlarımızın azad olunması yox, torpaqları Əliyevin azad etməsi idi.

Cəbhədə Vətən müharibəsini qazanan Əliyev isə suverenliyimizin tam bərpası istiqamətinə doğru addım-addım yaxınlaşırdı.

– Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədin tam bərpası ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi;
– Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi;
– Separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı: silah-sursat daşınmasının qarşısı alındı, təminatları kəsildi;
– Reinteqrasiya prosesi ön plana çıxarıldı, eməni əhalisinin separatçların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı;
– Və nəhayət, antiterror tədbirləri ilə separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi;


Beləliklə, 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı. Və suverenliyimiz tam bərpa olundu. Əliyev “nəyi nə vaxt etmək lazım olduğunu” bir daha nümayiş etdirdi.

Bundan sonra proseslərin necə inkişaf edəcəyi artıq bəllidir: Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonunun ərazisi ordumuzun nəzarətindədir, Xankəndində isə təhvil-təslim prosesi 2024-cü ilin yanvar ayının 1-nə qədər, yəni önümüzdəki 3 ay ərzində həyata keçiriləcək; şəhərdə Azərbaycan bayrağı dalğalanacaq, mərkəzi hakimiyyət bərpa olunacaq, burada yaşamaq istəyən ermənilər vətəndaşlığı qəbul edəcəklər;

İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu.