Zəfər muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

0
330

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Bunu Mədəniyyət Nazirliyindən bildiriblər.

“Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.