Yüzlərlə kirpi balası küçələrə axın etdi

0
907
Yüzlərlə kirpi balası küçələrə axın etdi

Böyük Britaniyada yüzlərlə kirpi balası aclıq səbəbi ilə küçələrə axın edib.

Yayda yağıntıların çox olması ilə əlaqədar kirpilər həmişəkindən daha gec nəsil artırıb.

Nəticədə qış mövsümünə yaxın doğulan kirpi balaları qida tapmaqda çətinlik çəkib.

Şotlandiyada “kirpi xəstəxanası”na minə yaxın kirpi balası gətirilib. İşçilər yerli sakinlərə qida təchizatı ilə bağlı müraciət edib.