Yuxuma gəldi, ana can mən ölməmişəm

0
242

Babayev Ağaşirin Feruz oğlunun Vətən müharibəsində şəhid olmasının ikinci ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Babayev Ağaşirin Feruz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi,İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, Qəbələ bir nomreli baxça müəllim kollektivi, Sirvan şəhid ailələri, qaziləri, Kürdəmir şəhid ailələri, İsmayıllı şəhid ailələri,ruhanilər, Vəndam qəsəbə bir nömrəli orta məktəbin şagirdləri, Callatov Nihat, Ayla Abdurahmanova iştirak etdi.
Əvvəlcə şəhid Ağaşirin Babayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin anası çıxış edərək onları bu agır günlərində yanında olduqları üçün gələn qonaqlara öz minnətdarlıgını bildirmişdi.

Tədbirdə iştirak edən qonaqlar,şəhidin ailə üzvlərinə başsağlığı vermişdi.

Məktəblilər kompazisiya nümayiş etdirmiş, şeirlər söyləmişdilər.

Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmiş, ev muzeyində xatirə şəkilləri çəkdirmişdilər.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə.

Alməmmədova Təranə

“Xarıbülbül Əbədi Məclisin “, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinın Qəbələ rayon nümayəndəliyin rəhbəri